Məxfilik siyasəti

Məlumatların nəzarətçisi

Məlumatların nəzarətçisi olaraq, Plus agency şəxsi məlumatlarınızın məxfiliyini və təhlükəsizliyini qorumağa cavabdehlik daşıyır. Plus agency məlumatlarınızın müvafiq qanunlara uyğun işlənməsini təmin edir və şəxsi məlumatlarınızın məxfiliyini və bütövlüyünü təmin etmək və bu məlumatlara icazəsiz daxil olmanın qarşısını almaq üçün zəruri tədbirlər görür.

Terminlər və açılışı

“Şəxsi məlumatlar” dedikdə, fiziki şəxsə (“məlumat subyekti”) aid hər hansı bir məlumat nəzərdə tutulur. Bura şəxsin adı, ünvan(lar)ı, telefon nömrə(lər)i, e-poçt ünvan(lar)I, həmin şəxsə aid hər hansı digər məlumat və ya məlumatlar toplusu aiddir. Bu məlumatlar bir yerdə şəxsin təyin oluna bilməsinə imkan verir.

“Qenerasiya” dedikdə, şəxsi məlumat və ya şəxsi məlumatlar toplusu üzrə bu və ya digər avtomatlaşdırılmış üsullarla istənilən əməliyyat və ya əməliyyatlar toplusu nəzərdə tutulur. Bu üsullara məlumatların toplanması, qeydiyyatı, təşkili, qurulması, saxlanması, uyğunlaşdırılması və ya dəyişdirilməsi, bərpası, istifadəsi, ötürülməsi, yayılması və ya başqa şəkildə əlçatan edilməsi, qruplaşdırılması və birləşdirilməsi, məhdudlaşdırılması, silinməsi və ya məhv edilməsi, həmçinin konsultasiya daxildir.

Məlumatların işlənməsinin hüquqi əsası və məqsədləri

Bu veb-saytda Plus agency-yə həvalə olunan şəxsi məlumatların emalı aşağıdakı qanuni əsaslarla aparılır:

Şəxsi məlumatlarınız sizin razılığınıza əsasən aşağıda göstərilən məqsədlər üçün istifadə ediləcəkdir:

Sizin razılığınız

Şəxsi məlumatlarınızın işlənməsi üçün qanuni əsas sizin razılığınızı verdiyiniz təqdirdə, yuxarıda göstərilən əlaqə məlumatları vasitəsilə Plus agency ilə əlaqə quraraq istənilən vaxt razılığınızı geri ala bilərsiniz. Razılığınızın geri alınması, geri çəkilmə tarixindən əvvəl edilən məlumatların işlənməsinin qanunsuz olduğu anlamına gəlmir.

Şəxsi məlumatların saxlanması

Şəxsi məlumatlarınızın qorunma müddəti:

Şəxsi məlumatlara çıxış

Bu veb-saytın idarə olunması, məlumatların işlənməsi, analitik və statistik hesabatların hazırlanması, İT sistemlərinin saxlanılması, marketinqin avtomatlaşdırılması vasitələri, veb reklam həllərinin verilməsi üçün Plus agency və onun işçilərindən başqa, Plus agency ilə əməkdaşlıq edən təşkilatların şəxsi heyəti şəxsi məlumatlarınızı əldə edə biləcəklər.

Plus agency şəxsi məlumatlarınızın məxfiliyini qorumaq və məlumatların qorunması qanunvericiliyinə uyğun olaraq emal etmək üçün qeyd olunan qurumlarla müqavilələr bağlayıb. Bu qurumlar şəxsi məlumatlardan öz maraqları naminə istifadə etməyəcəklər.

Emalın təhlükəsizliyi

Plus agency effektiv qorunma sistemi qurmuşdur və bu system emal sistemləri və xidmətlərinin məxfiliyi, bütövlüyü, mövcudluğu və dayanıqlığını təmin etmək və şəxsi məlumatları təsadüfi və ya qeyri-qanuni məhv edilmədən, itirilmədən, dəyişdirilmədən, icazəsiz açıqlanmadan və ya ötürülən, saxlanan və ya başqa şəkildə işlənən fərdi məlumatlara girişdən qorumaq üçün müvafiq texniki və təşkilati tədbirlər həyata keçirir.

Sizin hüquqlarınız

****Məlumat subyekti kimi Plus agency-yə bu veb-sayt vasitəsilə ötürülmüş məlumatlara görə sizin aşağıdakı hüquqlarınız var:

Yuxarıda göstərilən hüquqlardan hər hansı birini istifadə etmək istəsəniz və ya məlumatınızın Plus agency tərəfindən istifadə qaydası ilə razı deyilsinizsə, hello@plusagency.io ünvanına müraciət edə bilərsiniz.

Məxfilik siyasətinə dəyişikliklər

Bu Məxfilik siyasətindəki hər bir dəyişiklik plusagency.io veb-saytında dərc ediləcəkdir.